AFFA ilə “Roundglass Living” şirkəti arasında 3 il müddətinə nəzərdə tutulan əməkdaşlıq müqaviləsi imzalanıb.
Offsideplus.az xəbər verir ki, qurumun baş katibi Cahangir Fərəcullayev və şirkətin təsisçisi Sanni Sinqin rəsmiləşdirdiyi razılaşmanın məqsədi futbol ictimaiyyəti arasında mental sağlamlıq və rifahın dəstəklənməsidir.
Layihə çərçivəsində federasiya və klub rəsmiləri, oyunçular, məşqçilər, hakimlər və media nümayəndələri “Roundglass Living” platformasına ödənişsiz çıxış əldə edəcəklər. Tətbiq vasitəsilə istifadəçilərə psixoloji hazırlıq, meditasiya, yoqa, düzgün qidalanma və yuxu rejimi ilə bağlı müxtəlif alətlər təqdim olunur.
Qeyd edək ki, qeydiyyat və sistemə inteqrasiya prosesi AFFA tərəfindən mərkəzləşdirilmiş qaydada idarə olunacaq.
Qeydiyyatdan keçmək istəyən jurnalistlər ses@affa.az ünvanına müraciət edə bilərlər.


