Ruben Neveş yenidən İngiltərə Premyer Liqasına qayıtmaq istəyir.
Offsideplus.az xəbər verir ki, bu barədə ada mətbuatı məlumat yayıb.
"Mançester Yunayted" portuqaliyalı futbolçunun transferində maraqlıdır.
"Qırmızı şeytanlar" 20 milyon funt-sterlinq ödəyərək onu heyətinə cəlb edə bilər.
"Nyukasl" da 28 yaşlı yarımmüdafiəçi ilə maraqlanan klublardandır.
Neveş 2023-cü ilin yayında "Vulverhempton"u "Əl-Hilal"a dəyişib. O, burada 112 oyuna çıxıb və 15 qol vurub.



