"Arsenal"ın hücumçusu Kay Haverts zədəsini sağalda bilmir.
Offsideplus.az xəbər verir ki, o, daha 1 ay komandasına kömək edə bilməyəcək.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Haverts cari mövsüm cəmi 1 oyunda meydanda olub. O, Premyer Liqanın ilk turundakı "Mançester Yunayted"lə görüşdə sıradan çıxıb.
Almaniya hücumçu 2 illik "Arsenal" karyerasında 88 oyunda 29 qol vurmağı bacarıb.



