Azərbaycan Basketbol Liqasında (ABL) X turun qarşılaşmaları davam edir.
Offsideplus.az xəbər verir ki, bu gün 2 oyun baş tutacaq.
Əvvəlcə "Quba" "Naxçıvan"ı qəbul edəcək. Görüş saat 17:00-da başlayacaq.
Günün digər matçında isə B qrupunun lideri "Ordu" "Lənkəran"la qarşılaşacaq. Bu oyun isə saat 20:00-da start götürəcək.
Qeyd edək ki, turun açılış görüşündə "Sərhədçi" qələbə qazanıb. Onlar "Sumqayıt"ı 86:83 hesabı ilə məğlub edib.



