Aleksandr İsakın "Liverpul"a transferi rəsmiləşib.
Offsideplus.az xəbər verir ki, isveçli hüçumcu Premyer Liqa tarixinin ən bahalı keçidi olub. Mersisayd klubu onun üçün "Nyukasl"a 144 milyon avro ödəyəcək.
İsak 3 mövsüm çıxış etdiyi "sağsağanlar"da 109 oyuna 62 qol vurmağı bacarıb.
"Liverpul" bu yay heyətini Ceremi Frimponq, Miloş Kerkes, Covanni Leoni, Florian Virts, Hüqo Ekitike və İsakla gücləndirib. Onlar ümumilikdə 483 milyon avro xərcləyib.



