"Liverpul" rəhbərliyi "Real Madrid"in ulduzunu heyətə qatmağa çalışacaq.

Söhbət 24 yaşlı cinah hücumçusu Rodriqodan gedir. "Mersisayd" təmsilçisi onun oyununu çox bəyənir.

Bildirilib ki, İngiltərə təmsilçiləri Aleksandr İsak transferində uğursuz olacaqları halda əsas hədəfi məhz Rodriqo olacaq.

Qeyd edək ki, son zamanlarda Rodriqo "Real Madrid"in heyət planlarından çıxarılıb.

Futbolçu özü bu günə qədər Madrid klubunda qalmaq istəsə də, bu gün agentinə ona yeni klub tapmasını tapşırıb.