"Mançester Siti" müdafiəçisi Ruben Diaşın müqavilə müddətini uzadıb.

Offsideplus.az xəbər verir ki, portuqaliyalı futbolçunun sözləşməsi 2029-cu ilin yayına qədər artırılıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

R. Diaş 2020-ci ilin yayından "şəhərlilər"də çıxış edir. O, burada 223 oyuna çıxıb və 4 qol vurub.