"Mançester Siti"nin futbolçusu Cek Qrilişə "Fənərbağça"dan təklif gəlib.
Offsideplus.az xəbər verir ki, lakin ingilis futbolçu bunu qəbul etməyib.
Bu barədə "Daily Mail" nəşri məlumat yayıb.
Qrilişin keçidi üçün hazırda "Everton" və "Mançester Siti" danışıqlar aparır. O, "şəhərlilər"də həftəlik 300 min funt-sterlinq qazanır.
Liverpul təmsilçis 29 yaşlı vinger icarə əsasında heyətinə qatmağı planlaşdırır.



