"Everton" Cek Qriliş üçün "Mançester Siti" ilə danışıqlara başlayıb.
Offsideplus.az xəbər verir ki, Liverpul təmsilçisi ingilis futbolçunu icarəyə götürmək istəyir. Razılığın baş tutmağı asan görünmür, ancaq klublar arasında danışıqlar davam edir.
Bu barədə "The Athletic" məlumat yayıb.
Qriliş 2021-ci ilin yayından "Mançester Siti"də çıxış edir. "Şəhərlilər" onun üçün "Aston Villa"ya 100 milyon funt-sterlinq ödəyib.
Onun klubla müqaviləsi 2027-ci ilin yayında başa çatır.



