"Arsenal" klubu "Çelsi"nin futbolçusu Noni Maduekeni transfer edib.

Offsideplus.az xəbər verir ki, "topçular" gənc vinger üçün 50 milyon funt-sterlinq ödəyəcək. Onunla 5 illik müqavilə imzalanacaq.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

23 yaşlı futbolçu 2023-cü ilin yanvarından "Çelsi"də çıxış edirdi. O, burada 92 matça çıxıb və 20 qol vurub.