"Mançester Siti" Cek Qrilişi komandada düşünmür.
Offsideplus.az xəbər verir ki, ingilis futbolçu "şəhərlilər"in Klublararası Dünya Çempionatı üçün olan heyətinə daxil edilməyib.
Qrilişin bu yay Premyer Liqa klubunu tərk edəcəyi gözlənilir.
O, 2021-ci ilin yayında "Mançester Siti"yə transfer olunub. "Şəhərlilər" onun üçün "Aston Villa"ya 117 milyon avro ödəyib.
29 yaşlı futbolçunun klubla daha 2 mövsümlük müqaviləsi qalıb.