"Liverpul" klubu Luis Diası satmağı düşünmür.
Offsideplus.az xəbər verir ki, Mersisayd təmsilçisi Səudiyyə Ərəbistan klublarının marağına baxmayaraq kolumbiyalı vingeri buraxmaq istəmir.
Bu barədə "The Times" məlumat yayıb.
Dias 2022-ci ilin yanvarından "Liverpul"da çıxış edir. O, başa çatan mövsümdə 50 oyunda 17 qol vurub və 8 məhsuldar ötürmə edib.