"Mançester Siti"nin qapıçısı Ederson tarixi nəticə ilə yadda qalıb.

Offsideplus.az xəbər verir ki, qolkiper "Nyukasl"a qarşı oyun zamanı komandasının birinci qolunda məhsuldar ötürmənin müəllifi olub. Bununla da braziliyalı assist sayını bu mövsüm 3-ə, ümumi Premyer Liqa karyerası ərzində isə 6-ya yüksəldib.

"Opta"nın məlumatına görə, Ederson bu məhsuldarlığı ilə İngiltərə Premyer Liqasında ən çox qol ötürməsi verən və bir mövsümdə ən çox assist edən qapıçı olaraq rekordu müəyyənləşdirib.

Qeyd edək ki, 31 yaşlı "çərçivə qoruyucusu" 2017-ci ilin iyul ayından etibarən "şəhərlilər"in heyətində çıxış edir.