"Mançester Siti" heyətinə yeni futbolçu qatıb.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "şəhərlilər" "Borussiya"nın (Dortmund) mərkəz müdafiəçisi Manuel Akancini transfer edib.
27 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb. O, komandada 25 nömrəli formanı geyinəcək.
Transferin maliyyə detalları açıqlanmasa da, yayılan informasiyalar görə "Mançester Siti" keçidə görə qarşı tərəfə 17.5 milyon avro ödəyəcək.
Qeyd edək ki, Akanci 2018-ci ildən "Borussiya"da (Dortmund) çıxış edirdi. O, bu müddətdə 158 oyunda meydanda olub, 4 qol vurub və 2 asisst edib. 2017-ci ildən oynadığı İsveçrə millisində isə 41 matç keçirib.



