"Liverpul" rəhbərliyi baş məşqçi postuna Xabi Alonsonun təyinatı ehtimalını müzakirə etməyib.

Offsideplus.az xəbər verir ki, Mersisayd təmsilçisi bir müddət əvvəl Arne Slotu istefaya göndərib, Alonso isə may ayında "Çelsi"nin sükanı arxasına keçib.

The Athletic nəşrinin məlumatına görə, Slotun istefasının gecikməsinin "Liverpul"u Xabi Alonsonu dəvət etmək şansından məhrum etməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir. Belə ki, klub rəsmiləri Maykl Edvards və Riçard Hyuz "zadəganlar"ın yeni baş məşqçisini heç vaxt ciddi namizəd kimi görməyiblər.

Qeyd edək ki, hazırda "Liverpul" üçün əsas favorit "Bornmut"un sabiq çalışdırıcısı Andoni Iraoladır.