"Mançester Siti" ilə qazanılmayan kubok buraxmayan və müasir futbolun ən böyük strateqlərindən biri hesab olunan Pep Qvardiola gələcək karyerası ilə bağlı son qərarını verib.

Offsideplus.az xəbər verir ki, ispaniyalı mütəxəssis yaxın dostları ilə etdiyi özəl söhbətlərdə klub futbolundan sonra harada işləmək istədiyini açıqlayıb.

Qvardiola "Mançester Siti"dən ayrıldıqdan sonra İngiltərə milli komandasını çalışdırmaq istədiyini bildirib.

Klub səviyyəsində "Barselona", "Bavariya" və "Mançester Siti" ilə dünya futbolunu dominantlığı altına alan Pep artıq milli komanda səviyyəsində böyük bir turnir (Dünya Çempionatı və ya Avropa Çempionatı) qazanmaq arzularını gizlətmir.

Uzun illərdir Premyer Liqada çıxış edən və ingilis futbol mədəniyyətinə dərindən bələd olan Qvardiola İngiltərənin hazırkı istedadlı nəslini (Fil Foden, Cud Bellingem, Bukayo Saka və s.) dünya çempionu edə biləcək ən ideal namizəd kimi göstərilir.