"Mançester Siti" klubunda ciddi kadr dəyişiklikləri baş verir.

Offsideplus.az xəbər verir ki, klubun məşqçilər korpusunda yer alan Pep Leynders və Kolo Ture komandadan ayrılıblar.

​Bu ayrılıqların dərhal ardından klubun rəhbərliyi yeni baş məşqçi Enzo Mareska ilə anlaşıb.

Məlumata görə, Enzo Mareska "Mançester Siti"yə gəlişi ilə birlikdə öz şəxsi məşqçilər heyətini də kluba gətirməyə hazırlaşır.

Komandanın yeni mövsümə tamamilə fərqli bir texniki heyətlə başlayacağı gözlənilir.