“Oyunun çətin keçəcəyini bilirdik”.
Bunu Offsideplus.az saytına açıqlamaslnda “Sumqayıt”ın futbolçusu Rauf Rüstəmli deyib.
O, Misli Premyer Liqasının 15-ci turundə “Neftçi”yə (2:2) qarşı keçirdikləri matç haqqında fikirlərini bölüşüb: “Birinci hissədə hesabda geriyə düşdük, buna baxmayaraq ikinci hissədə hesabı da, oyunu da dəyişə bildik. Əslində, məğlub da ola, qələbə də qazana bilərdik. Bir xal məncə, ədalətli nəticə idi”.
Yarımmüdafiəçi dekabrın 22-də “Sabah”a qarşı keçirəcəkləri oyun haqqında da danışıb:
“Hazırlıqlar yaxşı gedir. Bizi çətin qarşılaşma gözləyir. Doğma meydanda, azərkeşlərimizin önündə yaxşı oyun göstərərək qalib gəlmək istəyirik. Rəqibin “Qarabağ” üzərində qələbəsi bizi çəkindirmir. Hər qarşılaşmaya eyni ciddiliklə, eyni motivasiya ilə hazırlaşırıq. Bu dəfə də yaxşı oyunla qələbə qazanmaq istəyirik”.
Qeyd edək ki, "Sabah"ın futbolçusu olan Rauf Rüstəmli icarə əsasında “Sumqayıt”da çıxış edir.



