Dünən baş tutan UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu üzrə "Sabah" - "Orhus" (4:0) matçından əvvəl azarkeşlər arasında mübahisə yaranıb.
Danimarka klubunun idman direktoru Yakob Nelson ölkəsinin mətbuatına "Sabah" azarkeşlərinin rəqib komandanın tərəfdarlarına hücum etdiyini açıqlayıb.
Offsideplus.az-ın əldə etdiyi məlumata görə, hadisə əksinə yaşanıb. Belə ki, matçdan əvvəl rəqib azarkeşlər "Bank Respublika Arena" stadionuna gələndə avtobusu "Sabah" azarkeşlərinin dayandığı və komandanı gözlədikləri yerə sürdürüblər. Oraya çatandan sonra isə "Sabah" azarkeşlərini provokasiyaya cəlb etməyə çalışıblar və aşağıdakı videoda göründüyü kimi ilk zərbəni endiriblər. Bundan sonra azarkeşlər arasında ara qarışıb.
Sözügedən görüntüləri təqdim edirik:


