Sabah Türkiyə millisi Dünya Kubokunda növbəti sınağına çıxacaq.
“Ay-ulduzlular” Paraqvay millisi ilə qarşılaşacaq.
İlk oyundakı məğlubiyyəti və qarşıdakı görüş haqda ölkəmizdə və millimizdə forma geyinmiş futbolçu Sertan Taşkın Offsideplus.az-a açıqlama verib:
“Sözün açığı, Avstraliyaya məğlub olmalarının əsas səbəbi müdafiədə buraxdıqları boşluqlar idi. Düşünürəm ki, Türkiyəni yaxşı analiz etməmişdilər və rəqibə əks-hücumlarda daha çox üstünlük vermişdilər. Paraqvayla oyunda inanıram ki, komanda müdafiəyə daha tez qayıtsa və daha etibarlı oynasa, xal qazana, hətta qalib gələ bilər. Çünki Türkiyə millisində kifayət qədər təcrübəli, istedadlı və hücuma meyilli futbolçular var. Həm komanda oyunu, həm də fərdi keyfiyyətlər baxımından fərq yarada biləcək oyunçulara sahibdirlər. Ümid edirəm ki, qələbə qazanacaqlar və Türkiyə xalqını sevindirəcəklər”.


