ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi 2026 FIFA Dünya Çempionatında futbolun sürəti və axıcılığı ilə bağlı diqqətçəkən statistik göstəricilər qeydə alınıb.
Offsideplus.az xəbər verir ki, turnirdə hazırkı vəziyyətə görə topun oyunda qalma müddəti %59,4-ə yüksəlib.
Bu göstərici futbol tarixin qeydə alınan ən yüksək rəqəmlərdən biridir və ötən dünya çempionatları ilə müqayisədə ciddi artım deməkdir.
Topun sahə daxilində aktiv hərəkətdə olduğu müddətin turnirlərə görə müqayisəsi aşağıdakı kimidir:
- 2026 Dünya Çempionatı — 59,4%
- 2022 Dünya Çempionatı — 56,9%
- 2018 Dünya Çempionatı — 56,2%
FIFA-nın oyundakı vaxt itkisinin qarşısını almaq üçün tətbiq etdiyi yeni tənzimləmələr turnirin gedişatına birbaşa təsir göstərib:
-
Sürətli əvəzetmələr: Futbolçuların meydandan çıxarkən vaxtı uzatmasının qarşısı alınır, əvəzetmələr daha çevik icra olunur.
-
Standart vəziyyətlərdə ciddi nəzarət: Aut, künc zərbəsi və cərimə zərbələri zamanı oyunçuların vaxtı qəsdən öldürməsinə imkan verilmir.
-
Simulyasiyaların azalması: Oyunçuların tempi aşağı salmaq üçün tez-tez yerə yıxılması və oyunu yubatması hallarına qarşı hakimlər daha qətiyyətli idarəçilik nümayiş etdirirlər.
Mütəxəssislərin fikrincə, əgər bəzi matçlarda məcburi tətbiq olunan su fasilələri (su molaları) də olmasaydı, tətbiq edilən yeni qayda və islahatlarla birlikdə oyun axışı baxımından demək olar ki, qüsursuz və ideal bir nöqtəyə çatmaq mümkün olardı.


