"Barselona" klubunun futbolçusu Robert Levandovski "Çikago Fayr" (ABŞ) ilə razılıq əldə edib.

Offsideplus.az "Diario Sport"a istinadən xəbər verir ki, hücumçunun MLS təmsilçisi ilə müqaviləsinin müddəti 2 il olacaq.

Müqavilə müddətin daha 1 il uzadılması variantı da daxil ediləcək. Keçidlə bağlı rəsmi açıqlamanın növbəti həftə veriləcəyi gözlənilir.

37 yaşlı  hücumçunun yeni klubundakı mövsümlük maaşı təxminən 10 milyon dollar təşkil edəcək.