Almaniya nəhəngi "Bayern Münhen" yay transfer pəncərəsində ulduz hücumçusu Maykl Oliseni komandada saxlamaq üçün bütün yollara əl atır.
Offsideplus.az xəbər verir ki, klub rəhbərliyi rəsmi olaraq fransalı futbolçunun qətiyyən satlıq olmadığını ("not for sale") bəyan edib.
Lakin klubun daxilində vəziyyət fərqlidir. Münhen təmsilçisi dərk edir ki, bu yay oyunçuya olan böyük maraq fonunda son qərar məhz futbolçunun özündən asılı ola bilər.
"Bayern Münhen" rəhbərliyi Olisenin mümkün gedişinin qarşısını almaq üçün ağlasığmaz bir şərt irəli sürüb:
-
Neymarın rekordu hədəfdə: Klub gənc ulduzun transferini yalnız PSJ-nin vaxtilə Neymar üçün ödədiyi və hazırda futbol dünyasında mütləq rekord olaraq qalan 222 milyon avrodan daha yüksək bir məbləğ qarşılığında nəzərdən keçirə bilər.
-
Qərar oyunçunun əlindədir: Daxili mənbələrin məlumatına görə, klub rəhbərliyi israrlı olsa da, Avropa nəhənglərindən gələn cəlbedici təkliflər qarşısında Olisenin özünün verəcəyi yekun qərarın transferin taleyini müəyyənləşdirəcəyini bilir.
Əgər hər hansı bir klub bu astronomik məbləği ödəməyə razı olarsa, futbol tarixində yeni bir transfer rekordu imzalana bilər.


