Mundialda iştirakı sual altında olan İran bu gün seçməsi DÇ-2026-da ilk oyununa çıxdı. Yeni Zelandiya ilə qarşılaşan qonşularımız 2:2 hesablı heç-heçəyə razılaşdılar.

Ölkəmizdə İranda böyüyən futbolçulardan biri də Höccət Haqverdidir.

Millimizin sabiq üzvü İran yığmasından gözləntiləri haqda Offsideplus.az-a açıqlama verib:

“Məncə, İranın qrupu nisbətən asandır və İranın qrupdan ikinci komanda kimi növbəti mərhələyə yüksəlmək şansı var. Əlbəttə, futbolda heç nə əvvəlcədən bilinmir və hər şey mümkündür. Lakin müxtəlif səbəblərə görə İran millisinin vəziyyəti hazırda çox da əlverişli deyil və komanda ətrafında bir çox qeyri-müəyyənliklər var. Ümid edirəm ki, bu problemlər komandanın oyun keyfiyyətinə və futbolçuların diqqətinə mənfi təsir göstərməyəcək”.

Qeyd edək ki, İran G qrupunda yer alıb. Misir və Belçika da heç-heçə etdiyi üçün komandalar 1-4-cü yerləri bölüşür.