Tunis millisinin yeni baş məşqçisi bəlli olub.

Offsideplus.az xəbər verir ki, Tunis Futbol Federasiyası bu vəzifəyə fransalı mütəxəssis Erve Renarın təyin olunduğunu açıqlayıb.

57 yaşlı məşqçi ilə DÇ-2026-nın sonuna qədər müqavilə imzalanıb. İki dəfə Afrika Kubokunu qazanan Renar daha əvvəl Səudiyyə Ərəbistanı, Mərakeş, Kot-d’İvuar, Zambiya və Anqola millilərini çalışdırıb. Klub karyerasında isə “Lill”, “Soşo” və Əlcəzairin USM Əlcəzair komandalarında çalışıb.