Uruqvay millisinin Səudiyyə Ərəbistanı ilə oyun üçün ABŞ-yə gəlişində problem yaşandığı barədə məlumat vermişdik.
Offsideplus.az xəbər verir ki, milli komanda Dünya Kubokundakı ilk oyunundan əvvəl ABŞ-yə gəlişi zamanı ciddi təhlükəsizlik yoxlamasından keçirilib.
Komandanın baqajları xüsusi təlim keçmiş xidmət itlərinin iştirakı ilə komanda avtobusunun yanında, yol kənarında ətraflı şəkildə yoxlanılıb. Təhlükəsizlik əməkdaşları futbolçuların əşyalarını hərtərəfli nəzarətdən keçiriblər.
Həmin görüntüləri təqdim edirik:


