“Qələbəyə görə sevinirik, ancaq oyunumuzdan tam olaraq razı qalmadım”.
Offsideplus.az xəbər verir ki, bu sözləri Misli Premyer Liqasının VIII turunun "Sumqayıt" – "Karvan-Yevlax" oyunundan sonra “Sumqayıt”ın baş məşqçisi Saşa İliç deyib.
Mütəxəssis 4:1 hesabı ilə qalib gəldikləri oyun haqqında fikirlərini bölüşüb:
“Ələ düşən fürsətləri qaçırdıq. Qələbə üçün sevinirəm, amma bəzi məqamlar var ki, istədiklərimi görə bilmədim. Bəzi futbolçuların fərdi səhvləri oldu. Oyunçuların epizodlar yaratmağı vacibdir. Ramalinqomun penaltidən imkanı oldu, fərqləndi. Bu, növbəti oyunlar öncəsi onun üçün müsbət olacaq. Qarşıda çətin oyunlar var. Oyunçulardan tələbim hər matça maksimum hazır olmaqdır”.
Mütəxəssis heyətlə bağlı müəyyən problemlərin olduğunu vurğulayıb:
“Hazırda tam heyəti toplamaqda müəyyən çətinliklər var. Rəşid zədəli idi. Rüstəm və Səbuhi millinin düşərgəsində idi. Hazırki məqamda əsas məqsəd tam heyətlə məşq edib, oyun keçirməkdir”.
Qeyd edək ki, “Sumqayıt” növbəti oyununu oktyabrın 25-də “Zirə”yə qarşı keçirəcək.



