"Turan Tovuz" - "Qarabağ" oyunundan sonra (1:2) ev sahibi komandanın baş məşqçisi Kurban Berdıyev mətbuat konfransında çıxış edib.
Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis ilk əvvəl oyunla bağlı fikirlərini bildirib:
"Düşünürəm ki, hər iki komanda yaxşı oyun sərgilədi. Təəssüflər olsun ki, ikinci hissənin əvvəlllərində 2 qol buraxdıq. "Qarabağ" kimi kluba qarşı oynamaq çətindir. Onlara Çempionlar Liqasında uğurlar arzulayıram.
O, fasilədən sonra niyə geri düşdükləri ilə bağlı suala belə cavab verib:
"Qarabağ"ın əvəzetmələri onların oyununu çox dəyişdi. Biz də istədik ki, hesabı qoruyaq. Buna görə də bir az arxaya çəkildik. İstənilən halda “Qrabağa”ın haqqını vermək lazımdı".



