Azər Həşimov: “Qol vurmaqda çətinlik çəkirik”

Offsideplus.az xəbər verir ki, “Karvan” klubunun baş məşqçisi Azər Həşimov matçdan sonra keçirilən mətbuat konfransında komandasının çıxışını dəyərləndirib.

“Məqsədimiz dəyişikliklərlə hücumu gücləndirib qol vurmaq idi. Amma istədiyimizi həyata keçirə bilmədik və nəticədə “Sabah” qalib gəldi. Onları təbrik edirəm. Zədəlilərimiz çoxdur, bu da qol vurmaqda çətinlik yaradır,” – deyə Həşimov bildirib.