"Neftçi"nin futbolçusu Ryonosuke Ohori komandanı tərk edib.
Offsideplus.az xəbər verir ki, yaponiyalı yarımmüdafiəçi karyerasını "Kəpəz"də davam etdirəcək. O, cari mövsümün sonuna qədər icarə əsasında Gəncə təmsilçisində çıxış edəcək.
Bu barədə bölgə klubunun mətbuat xidməti məlumat yayıb.
R. Ohori bu ilin yanvarında "Neftçi"yə qoşulmuşdu. O, "ağ-qaralar"ın heyətində 11 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib.



