"Karvan-Yevlax" heyətinə yeni futbolçu cəlb edib. 

Offsideplus.az xəbər verir ki, Yevlax təmsilçisi Qabil Əlizadə transferini açıqlayıb. Yarımmüdafiəçi ilə bir illik müqavilə imzalanıb. 

Q.Əlizadə son olaraq “Sumqayıt” klubunun formasını geyinib.

Qeyd edək ki, klub bundan öncə Eltun Turabov, Süleyman Əhmədov, Araz Abdullayev, David Oliveira Silva, Kyle Spence, Gavi Thompson, Olavale Doeni və Elvin Yunuszadə, Vadim Abdullayev, Samuel Durrant, Vüsal Məsimov, Moise Ngwisani, Shaquill Sno, Uğur Cahangirov, Vitor Roça, Səid İranxan, Coy-Slayd Mikels, Pedro Mateus və İmani Barkeri heyətinə cəlb edib.