2025-26 mövsümünə hazırlıqlarını davam etdirən "Sumqayıt" və "Qəbələ" bu gün yoxlama oyununda üz-üzə gələcəklər.

Offsideplus.az xəbər verir ki, matç saat 18:30-da Qəbələ şəhər stadionunda baş tutacaq.

Qeyd edək ki, Saşa İliçin "Sumqayıt"ı daha öncə yoxlama oyununda "Qəbələ"yə və "Şamaxı"ya uduzub (0:1, 0:1), "Kəpəz"ə qalib gəlib (2:1).

 "Qəbələ" isə "Şamaxı"nı (2:1), "Kəpəz"i (2:0), "İmişli"ni (3:2) yoxlama oyunlarında üstələyib.