2025-26 mövsümündən etibarən Misli Premyer Liqasında çıxış edəcək "Karvan" yoxlama matçı çərçivəsində "Şamaxı" ilə üz-üzə gəlib.
Offsideplus.az xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan oyunda Ayxan Abbasovun komandası qalib gəlib. Görüş Şamaxı təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda Abdullayi Şuaybu və Bilal İsmayılov fərqlənib.
Xatırladaq ki, "Şamaxı" daha öncə "Qəbələ" ilə yoxlama matçına çıxıb və 2:1 hesabı ilə uduzub. Növbəti oyun iyulun 26-da "Kəpəz"ə qarşı olacaq.



