2019-cu ildən "Sumqayıt"da çıxış edən, Azərbaycan milli komandasının üzvü olmuş Vüqar Mustafayev futbolçu karyerasını başa vurub.
Offsideplus.az xəbər verir ki, "Turan Tovuz"a qarşı Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən oyundan öncə 30 yaşlı yarımmüdafiəçi ilə vida tədbiri keçirilib.
V.Mustafayev yığmamızda 11 oyun keçirib. O, müxtəlif illərdə "Bakı", "Simurq", "Qarabağ", "Zirə"nin formasını geyinib.