Misli Premyer Liqasının XXXI turunda "Səbail" səfərdə "Sabah"a 3:2 hesabı ilə uduzub.
Offsideplus.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında Elvin Məmmədov məğlubiyyəti şərh edib:
“Oyuna ciddi hazırlaşmışdıq. Bilirdik ki, bizi nə gözləyir. Futbolçularım yaxşı mübarizə apardı. Sadəcə komandamda yorğunluq oldu. Bu gün qalib gəlmək nəsib olmadı. Qarşıdakı oyunlara hazırlaşacağıq. “Sabah”ın oyunçuları daha keyfiyyətlidir. Düşünürəm ki, bu yöndən geri qaldıq. Ən önəmlisi konsentransiyanı vurğuluyardım. Fiziki cəhətdən də geri qalırdıq”.



