"Sumqayıt" Misli Premyer Liqasının VIII turunda bu gün autsayder "Araz-Naxçıvan"ı qəbul edib.
Offsideplus.az xəbər verir ki, "kimyaçılar" bu oyunda ardıcıl ikinci qələbəyə sevinib.
Qələbə gətirən qollara Ronaldo Vaskes və Nihad Əhmədzadə imza atıb.
"Sumqayıt" 8 xalla 8-ci yerin sahibidir. Sonuncu olan Naxçıvan təmsilçisinin isə 2 xalı var.
MPL, VIII tur
16 oktyabr (cümə)
19:00 “Sumqayıt” – “Araz-Naxçıvan” 2:1
Qollar: Ronaldo Vaskes, 62', Nihad Əhmədzadə, 82 - Alberto Fernandes, 32'.
Hakimlər: Vüqar Həsənli, Asiman Əzizli, Zöhrab Abbasov, Murad Səlimov
VAR: Əkbər Əhmədov
AVAR: Rəhman İmami
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
SOCAR Polymer Arena


