Misli Premyer Liqasında 3 həftəlik fasilə bu gün başa çatıb.
Offsideplus.az xəbər verir ki, açılış oyununda "Kəpəz" Şamaxıda "Araz-Naxçıvan"ın qonağı olub.
Bu, Naxçıvan təmsilçisinin yeni baş məşqçisi Yuri Maksimovun debüt oyunu olub.
Gəncə təmsilçisi rəqibinə şans verməyib - 2:0.
Onlar cari mövsüm 3-cü qələbəsini qazanıb.
"Kəpəz" 10 xalla 6-cı yerdədir. "Araz-Naxçıvan" isə 2 xalla sonuncu 12-ci yerin sahibidir.
MPL, VII tur
9 oktyabr (cümə)
16:00 “Araz-Naxçıvan” – “Kəpəz” 0:2
Qollar: Benito, Rəhman Hacıyev.
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Tərlan Talıbzadə, Niyaz Əhmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Şamaxı şəhər stadionu


