Misli Premyer Liqasında IV turun görüşləri keçirilir.

Offsideplus.az xəbər verir ki, turun mərkəzi qarşılaşmasında "Sabah" "Zirə"ni qəbul edib.

 "Sabah" rəqibini 5:0 hesabı ilə məğlub edib. 

Qarşılaşmada Coy-Lens Mikels het-trikə imza atıb. Digər qolları isə Velko Simiç və Kristian Nvaçukvu vurub.

Misli Premyer Liqası, IV tur

5 sentyabr (şənbə)

18:30 “Sabah” – “Zirə” 5:0

Qol: Velko Simiç, 7, Coy-Lens Mikels, 14 (penalti), 30, 57, Kristian Nvaçukvu, 51.

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Zöhrab Abbasov, Əli Əliyev

VAR: Tural Qurbanov

AVAR: Asiman Əzizli

Hakim-inspektor: Zöhrab Qədiyev

AFFA nümayəndəsi: Emin Cəfərov

“Bank Respublika Arena”