"Qarabağ" və "Neftçi" klubları sabahkı qarşılaşmadan əvvəl bəyanat yayıb.

Offsideplus.az xəbər verir ki, 4 gün ərzində iki dəfə qarşılaşacaq komandalar azarkeşlərindən qaydaları riayət etməyə çağırıblar:

"Dörd gün aralıqla Misli Premyer Liqasının oyunları çərçivəsində "Neftçi" və "Qarabağ" komandaları iki dəfə üz-üzə gələcəklər. Futbol azarkeşlərinin səbrsizliklə gözlədiyi bu oyunlara bilet satışı davam edir. Azarkeşlər qarşılaşmalara böyük maraq göstərirlər və hər iki görüşdə tribunaların tam dolacağı ehtimal edilir. Həmişə olduğu kimi, komandalar yenə qələbə qazanmaq üçün sona qədər mübarizə aparacaqlar. "Neftçi" və "Qarabağ" olaraq, azarkeşlərimizi təmkinli olmağa, rəqib komandaya və azarkeşlərə, oyunun iştirakçılarına hörmət nümayiş etdirərək, sevimli komandalarını yüksək mədəniyyət və ədalətli oyun prinsipləri çərçivəsində sonadək dəstəkləməyə çağırırıq".

Qeyd edək ki, komandalar arasında görüş sabah "Neftçi Arena"da baş tutacaq. Qarşılaşma saat 19:00-da start götürəcək.