Misli Premyer Liqasında XIX tura bu gün yekun vurulacaq.

Offsideplus.az xəbər verir ki, "Qarabağ" bu turda Şamaxıya yollanıb.

Görüş qarlı hava şəraitində oynanılıb.

Ağdam təmsilçisi çox vacib 3 xal qazanıb.

Qələbəni gətirən qolu 90+4-cü dəqiqədə Kamilo Duran vurub.

"Qarabağ" xalını 42 edib və 2-ci yeri tutur.

"Şamaxı" isə 23 xalla 8-ci yerdədir.

Misli Premyer Liqası, XIX tur

10 fevral (çərşənbə axşamı)

14:30. "Şamaxı" – "Qarabağ" 1:2

Qollar: Oruc Məmmədov, 16 - Joni Montiel, 18, Kamilo Duran, 90+4

-- Görüşün başlama vaxtı dəyişdirilib. Matç 14:50-də start götürəcək.

"Şamaxı": 1. Rikardo Fernandes 5. Arsen Ağcabəyov (k) 2. Abdulla Rzayev 97. Oruc Məmmədov 82. Rüfət Abbasov 9. Karim Rossi 10. Andrey Tirkoveanu 11. Dioqo Balau 4. Sezar Enrike 44. David Santos 8. Alfons Msanqa

Baş məşqçi: Ayxan Abbasov

“Qarabağ”: 99. Mateus Koxalski 13. Bəhlul Mustafazadə 44. Elvin Cəfərquliyev 10. Abdullah Zubir (k) 81. Kevin Medina 20. Kadi Borqes 2. Mateus Silva 9. Joni Montiel 15. Leandro Andrade 35. Pedro Bikalyo 17. Kamilo Duran

Baş məşqçi: Qurban Qurbanov

Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Ruslan Quliyev

VAR: Kamranbəy Rəhimov

AVAR: Eyyub İbrahimov

Şamaxı şəhər stadionu