Antuan Qrizmann bu mövsüm MLS təmsilçisi “Orlando Siti”yə mümkün keçidlə bağlı planlarını müvəqqəti olaraq dayandırıb.

Offsideplus.az xəbər verir ki, buna səbəb isə “Atletiko Madrid”in İspaniya Kubokunun finalına yüksəlməsidir.

Bildirilir ki, fransalı hücumçu mövsümün həlledici mərhələsində komandası ilə birlikdə qalmağa üstünlük verib.