Almaniyalı mütəxəssis "Mançester Yunayted"in baş məşqçisi olmaq istəyir.

Offsideplus.az xəbər verir ki,  Yulian Nagelsmannın “Mançester Yunayted”in baş məşqçi vəzifəsinə maraq göstərdiyi bildirilir. Onun adı agenti tərəfindən klub rəhbərliyinə təklif olunub.

Lakin “Old Trafford”dakı mənbələr alman çalışdırıcının bu posta təyinat ehtimalını aşağı qiymətləndirir və hazırda belə bir ssenarinin real olmadığını vurğulayırlar.