Misli Premyer Liqasında XVII turun son oyununda liderlə autsayder üz-üzə gəlib.

Offsideplus.az xəbər verir ki, "Sabah" "Karvan-Yevlax"a rəhm etməyib - 4:1.

"Bayquşlar" bu qələbə ilə "Qarabağ"la arasındakı xal fərqini 4-ə yüksəldib.

"Sabah" qollarını Aron Maluda (2), Umarali Raxmonaliyev və Velko Simiç vurub.

Bakı təmsilçisi 40 xalla lider, "Karvan-Yevlax" isə 6 xalla sonuncu yerdədir.

Misli Premyer Liqası, XVII tur

25 yanvar (bazar)

18:30 “Sabah” 4:1 “Karvan-Yevlax”
Qollar:  Aron Maluda (9', 22'), Umarali Raxmonaliyev (32'), Velko Simiç (84') - Olavale Doyeni (83')


Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Müslüm Əliyev, Tural Qurbanov

VAR: Əli Əliyev
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Rüfət Əmirov

“Bank Respublika Arena”