Bu həftəsonu (25 oktyabr) UFC321 tədbiri baş tutacaq.
Offsideplus.az xəbər verir ki, bu dəfəki döyüşlər BƏƏ-də yerləşən "Etihad Arena"da keçiriləcək.
Gecənin əsas döyüşü Tom Aspinall və Siril Qan arasında olacaq.
T. Aspinall öz kəmərini müdafiə etməyə çalışacaq.
Daha bir maraqlı döyüş Umar Nurmaqomedovla Mario Bautista qarşıdurması olacaq.
Əsas kartın digər görüşləri belədir:
Aleksandr Volkov - Jailton Almeyda
Aleksandr Rakiç - Azamat Murzakanov
Virna Yandiroba - Makkenzi Dyörn
Qeyd edək ki, əsas kartın döyüşləri Bakı vaxtı ilə saat 23:00-dan etibarən başlayacaq.



