Azərbaycanlı MMA döyüşçüsü Vüqar Kərəmov "Rizin"də növbəti döyüşünə çıxacaq.
Offsideplus.az xəbər verir ki, onun rəqibi Koyomi Matsuşima olacaq.
Döyüş noyabrın 3-də baş tutacaq. Qarşılaşma Yaponiyanın Kobe şəhərində keçiriləcək.
İndiyə qədər 27 döyüşə çıxan Vüqar 21-də qələbə qazanıb, 6-da isə məğlub olub.
O, son qarşılaşmasında, bu ilin iyununda yaponiyalı Şiya Kimuranı məğlub etməyi bacarmışdı.



