Ceyk Pol - Gervonta Davis qarşılaşmasının qaydaları təsdiqlənib.
Offsideplus.az xəbər verir ki, döyüş 14 noyabrda baş tutacaq. Qaydalar isə bu cürdür:
▫️ Hər biri 3 dəqiqə olmaqla 10 raund
▫️ Maksimum çəki limiti – 195 funt (88,4 kq)
▫️ 12-lik əlcəklər
▫️ Şou döyüşü
▫️ Mütləq şəkildə bir tərəf qalib olacaq
▫️ Döyüşçülər USADA testindən keçəcəklər
▫️ Komissiya tərəfindən təsdiqlənmiş üç hakim dəqiq nəticə üçün hər raundu xal ilə qiymətləndirəcək.



