"Bakı elə bil daha öncə də UFC-yə ev sahibliyi edib". 

Offsideplus.az xəbər verir ki, bu sözləri UFC Döyüş Gecəsində iştirak edəcək tacik idmançı Muhammad Naimov mətbuat konfransında söyləyib.

O, Bakıya ilk dəfə gəlsə də, ab-havanın yaxşı olduğunu söyləyib:

"İlk dəfə idi ki, Bakıya gəlirdim. Əslində məni isti qarşılayacaqlarını gözləmirdim. Bura qardaş ölkədir. Elə bil ki, UFC Bakıda keçirilib, yollar, şəhərdə ab-hava yüksək səviyyədədir".

Boqdan Qrad ilə üz-üzə gələcək tacikistanlı döyüşçü hazırlıq prosesindən bəhs edib: "Hazırlaşma prosesi yaxşı keçdi. Sparrinq partnyoru da yaxşı idi. Ən yaxşı olmaq istəyirsənsə, ən yaxşılar ilə məşq etməlisən və döyüşməlisən. Ətrafımdakılar möhkəm insanlardan təşkil olunub. Mən ilk olaraq özüm üçün, daha sonra isə təmsil etdiyim ölkəm üçün döyüşürəm. Ana Vətənimin hər yerində, kafedə, restoranda döyüşümü izləyəcəklər".