Tofiq Musayevin UFC Baku Fight Night yarışındakı rəqibi Mıktıbek Orolbay jurnalistlər önünə çıxıb.

Offsideplus.az xəbər verir ki, qırğız idmançı mətbuat konfransında Tofiqə qarşı döyüşün maraqlı keçəcəyini söyləyib:

"Son döyüş qanlı oldu, bəli. Bu döyüşə də hazıram. Bu dəfə də məndən sürpriz görəcəksiniz. Tofiq yaxşı, top döyüşçüdür. İki aydır bu döyüşə hazırlaşıram, güləş, ayaq üstündə mübarizə mümkündür. İnşallah, şənbə günü maraqlı döyüş görəcəksiniz".

Yüngül çəkidə çıxış edən Orolbay UFC-dəki hədəfinin kəmər olduğunu qeyd edib: "Hədəfim var. Bu da UFC-də kəmər uğrunda döyüşməkdir. Bundan sonra digər məsələlər barədə düşünmək olar. Çempionluq barədə düşünürsənsə, sənə kimi verəcəklərsə, döyüşəcəksən".

Qırğızıstanlı idmançı Tofiq Musayevlə yaş fərqinin kimin xeyrinə olacağı barədə sualı belə cavablandırıb:

"Mənin 27 yaşım var və formamın zirvəsindəyəm. Bacarıqlarım yüksək səviyyədədir. Döyüşdə bütün bacarıqlarımı göstərəcəm. Əlimdən gələn hər şeyi edəcəm. Şənbə günü bunu görəcəksiniz. Mən qırğızam və güc mənim tərəfimdədir".