Bakıda keçiriləcək UFC Döyüş Gecəsində Körtis Bleydes ilə qarşılaşacaq Rizvan Kuniev mətbuat konfransında iştirak edib.
Offsideplus.az xəbər verir ki, rəqibin reytinqdə 5 nömrə olmasına rusiyalı debütant münasibət bildirib:
"Mənim üçün böyük şansdır ki, belə rəqiblə qarşılaşıram. Körtis ilə görüş top səviyyədə döyüşə bildiyimi göstərmək üçün şansdır. Körtis deyib ki, debütant olsaydı özü kimi rəqiblə qarşılaşmaq istəməzdi? Yanlış fikirdir. Bunu sübut edəcəm. Karyeramda daha güclü rəqiblərə qarşı döyüşmüşəm və bunu göstərəcəm".
O, "Dağıstandan çox insan gələcək?" sualına belə cavab verib:
"Dostlarım, tanışlarım ordandır. Xeyli sayda insan dəstəkləməyə gələcək. Quru sərhədlər bağlı olmasaydı, daha çox adam gələ bilərdi. İran - İsrail münaqişəsinə görə uçuşla bağlı son vəziyyət də buna təsir edir, insanlar bir az qorxur. Bu problemlər olmasaydı, dəstəkləyən daha çox olardı".
Qeyd edək ki, UFC Döyüş Gecəsi iyunun 21-də baş tutacaq.