UFC-nin ulduz döyüşçüsü Şon O'Malli sosial şəbəkədə Petr Yandan aldığı səsli mesajı paylaşıb. Mesajda Yan Merab Dvalişvilini məğlub edəcəyini və növbəti rəqibinin O'Malli olacağını bildirib.
Offsideplus.az xəbər verir ki, O'Malli bu barədə belə danışıb: "Petra səsli mesaj göndərdim: 'Petr, necəsən? Ümid edirəm hər şey yaxşıdır. Merabı məğlub et ki, səni yenidən döyüm.' O isə cavabında dedi: 'Şon, salam. Abudabiyə gəl. Mən Merabı əzəcəyəm, növbəti isə sən olacaqsan.' Onun gülüşünü eşitdiniz? İlahi, balaca Petr. Mən balaca Petri çox sevirəm. O, həqiqətən də əyləncəli biridir".
Qeyd edək ki, Petr Yan və Merab Dvalişvili arasında döyüş 24 oktyabrda UFC 333-də baş tutacaq. Fedor Yemelyanenko isə Yanı bu qarşılaşmadan əvvəl həddindən artıq yüklənməməyə çağırıb.


